Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb

2024/04/66213-1713456286.jpg
Oxunub: 120     19:52     18 Aprel 2024    
Fransada silahlı hücum olub, 2 uşaq yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “BFM Alsace” telekompaniyası məlumat yayıb.

Fransanın şimal-şərqindəki Souffelweyersheim kommunasında bıçaqlı hücum nəticəsində 6 və 11 yaşlı iki uşaq yaralanıb, hadisəni törədən şəxs hücumdan bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə zərərçəkənlərin oxuduğu məktəbin yaxınlığında baş verib. Uşaqlara hücum edən 29 yaşlı kişinin psixi pozğunluğunun olduğu ehtimal edilir.

Xəsarət alan uşaqların vəziyyəti orta ağırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Silahlı-hücum  


Bizi "telegram"da izləyin