Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölkənin baş komandanı ölüb - YENİLƏNİB (FOTO)

2024/03/1710393017.jpg
Oxunub: 245     20:42     18 Aprel 2024    
Keniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərdən birinin kimliyi məlum olub.

Ordu.az "Nations" qəzetinə istinadən xəbər verir ki, həmin şəxs Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.

Qeyd edək ki, qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.



***

Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var.

Ordu.az xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəşrin məlumatına görə, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Helikopterdə olanların kimliyi bilinmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin