Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir

2024/04/1713331354.jpg
Oxunub: 205     19:07     18 Aprel 2024    
Koreya Respublikası 2024-cü ildə silah ixracı üçün hədəfini 20 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi məlumat yayıb.

“Dünyanın aparıcı ölkələrinin müdafiə xərclərini artırması ilə əlaqədar olaraq, silah bazarının 2027-ci ilə qədər 900 trilyon vona (təxminən 654 milyard ABŞ dolları) çatacağı proqnozlaşdırılır. Buna görə hökumət bu il 20 milyard dollarlıq ixrac həcminə çatmaq üçün hərtərəfli yardım göstərməyi planlaşdırır”, - məlumatda bildirilib.

Agentlik qeyd edib ki, son iki il ərzində Cənubi Koreyanın müdafiə sənayesi şirkətləri 30 milyard dollardan çox gəlir əldə ediblər. Bu il Koreya Respublikası “FA-50” təyyarələrinin satışını da gözləyir. Seul, həmçinin Cənubi Koreya helikopterlərinin ilk partiyasının ixracına ümid edir.

Nazirlik vurğulayıb ki, silah ixracı ölkənin xarici ticarətində getdikcə daha mühüm rol oynamağa başlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Silah  


Bizi "telegram"da izləyin