Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

2022/08/1661947114.jpg
Oxunub: 114     16:49     18 Aprel 2024    
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Ordu.az bu ölkənin mediasına istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.

Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan  


Bizi "telegram"da izləyin