Deputat: "Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür"

2024/04/1655e-1713446433.jpg
Oxunub: 96     16:38     18 Aprel 2024    
Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.

Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Yeni-Kaledoniya  


Bizi "telegram"da izləyin