Fransa BƏƏ-dən Mərakeşə 30 ədəd “Mirage 2000-9”un təhvil verilməsinə razılıq verib

2024/04/2024--1713430221.jpg
Oxunub: 159     18:31     18 Aprel 2024    
Fransa üç il ərzində dayandırılmış 30 ədəd “Mirage 2000-9”un Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Mərakeşə transferini qəbul edib.

Ordu.az xəbər verir ki, təsdiq aprelin 10-da Mərakeş və Fransa xarici işlər nazirləri arasında keçirilən görüşlərdən sonra verilib.

Məlumata görə, Emmanuel Makron rəhbərliyinin bu təyyarələri Ukraynaya çatdırmaq üçün geri almaq istəməsi gözlənilib.

Lakin bu təklif rədd edildikdən sonra “Mirage 2000”lərin gələcəyi yenidən müzakirə mövzusu olub.

Əbu-Dabi ilə Paris arasında bağlanan ilk satış müqaviləsinə görə, istehsalçı ölkə olan Fransa icazə verənə qədər bu təyyarələrin üçüncü tərəfə təhvil verilməsi qadağan olduğu üçün 30 döyüş təyyarəsinin təhvil verilməsi Fransanın müqaviməti ilə üzləşib və Parisin təsdiqini tələb edib.

Məlumata görə, bu transfer Əbu-Dabiyə 80 ədəd “Rafale” almağa imkan verəcək daha geniş əməkdaşlıq müqaviləsinin bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   BƏƏ   Mərakeş   Mirage-2000-9  


Bizi "telegram"da izləyin