“Freedom House”: Ermənistanda jurnalistlərə təzyiq halları artıb

2024/04/6963c-1713425069.jpg
Oxunub: 125     18:23     18 Aprel 2024    
Söz Azadlığını Müdafiə Komitəsinin (SAMK) təhlilinə əsasən, Ermənistanda jurnalistlərə təzyiq və ya ifadə azadlığı, məlumat almaq və yaymaq hüququnun pozulması halları bir qədər də artıb.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” hüquq müdafiəsi təşkilatının “Nations in Tranzit 2024” adlı illik hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Ermənistanda 2023-cü ildə əvvəlki illə müqayisədə media və jurnalistlərlə bağlı məhkəmə işləri artıb.

Bildirilib ki, jurnalist təşkilatları “hüquqi prosedurlardan istifadə etmək cəhdləri”ni “mediaya qarşı cəza vasitəsi kimi” xəbərdar edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Jurnalist   Təzyiq  


Bizi "telegram"da izləyin