Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralanıb

2024/04/1713417497.jpg
Oxunub: 157     08:46     18 Aprel 2024    
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, 77 nəfər isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

Xilasedicilərin məlumatına əsasən, yaralılardan dördü körpədir. Bundan başqa, axtarış-xilasetmə əməliyyatı nəticəsində üç nəfəri dağıntı altından sağ çıxarmaq mümkün olub. Axtarış-xilasetmə əməliyyat davam edir.

Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Çerniqovu atəşə tutub, şəhərdə matəm elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çerniqova  


Bizi "telegram"da izləyin