Abdullahiyan BMT TŞ-in iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib

2024/04/1713417382.jpg
Oxunub: 132     08:16     18 Aprel 2024    
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Abdullahiyanın həmçinin BMT-nin baş katibi, müsəlman ölkələrinin nümayəndələri və bir sıra xarici rəsmilərlə görüşü nəzərdə tutulub.

Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Yaxın Şərqdəki son hadisələr, o cümlədən Qəzzadakı vəziyyət müzakirə olunacaq.

Sessiyada İran və İsrail arasında artan gərginliyə də toxunulacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abdullahiyan   BMT  


Bizi "telegram"da izləyin