Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib

2024/04/1713416480.jpg
Oxunub: 123     23:23     17 Aprel 2024    
ABŞ Prezidenti Co Bayden İsrail və Ukraynaya yardım paketlərini dəstəkləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden Konqresdən onları mümkün qədər tez qəbul etməyə çağırış edib.

"Nümayəndələr Palatası bu yardım paketini bu həftə qəbul etməlidir və Senat tez bir zamanda təqib etməlidir. Mən onları dərhal imzalayacağam”, deyə bildirilib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı Ukraynaya yardım haqqında qanun layihəsində Baydenə Ukrayna silahlı qüvvələrinə ən qısa zamanda ATACMS operativ-taktiki raketlərin verilməsi tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   İsrail   Ukrayna  


Bizi "telegram"da izləyin