Çexiya Baş naziri: "Ukrayna çətin vəziyyətdədir və daha çox dəstəyimizə ehtiyacı var"

2024/04/661fd-1713366889.jpg
Oxunub: 147     18:35     17 Aprel 2024    
"Ukrayna çətin vəziyyətdədir və həmişəkindən daha çox bizim dəstəyimizə ehtiyacı var".

Ordu.az xəbər verir ki, bunu Çexiya Baş naziri Petr Fiala NATO qərargahında mətbuat konfransında deyib.

"Biz Ukraynaya yardımın yeni yollarını tapmağa çalışırıq", o vurğulayıb.

Baş nazir Petr Fiala bildirib ki, Çexiya Ukrayna üçün iri kalibrli hərbi sursatın təminatı üzərində işləyir.

"Çexiyanın təşəbbüsü nəticəsində 500 000 iri kalibrli hərbi sursat ala bilərik. Təxminən 200 min iri kalibrli hərbi sursatla bağlı kontrakt imzalanıb və digər 300 min mərmi ilə bağlı kontrakt imzalanacaq. Hesab edirəm ki, Ukraynaya bu sursatın ilkin çatdırılması iyun ayında baş tutacaq".

Petr Fiala qeyd edib ki Vaşinqtona səfəri zamanı keçirdiyi görüşlərdə Ukraynaya dəstək məsələsi müzakirə olunub. "Mən bu həftə sonu və ya gələn həftə Konqresin Ukrayna dəstək paketini səsverməyə qoyacağına və bunu keçəcəyinə ümid edirəm. Mən bununla bağlı optimistəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Ukrayna  


Bizi "telegram"da izləyin