Rusiya parlamentinin komitə sədrinin müavini: "Hazırda Qarabağda sülhməramlılar lazım deyil"

2024/04/6011c-1713360813.jpg
Oxunub: 271     17:18     17 Aprel 2024    
Hazırda Qarabağda sülhməramlılar lazım deyil.

Ordu.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA-Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.

Qeyd edək ki, Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Sülhməramlılar  


Bizi "telegram"da izləyin