Kreml: Ukrayna müharibəsində Rusiyanın itkiləri barədə məlumatın açıqlanması MN-in səlahiyyətidir

2023/03/Kreml-1679050889.jpg
Oxunub: 205     16:59     17 Aprel 2024    
Xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçilərindən ölənlərin sayı barədə məlumat yalnız Müdafiə Nazirliyi tərəfindən verilir.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kremlin bu məsələ ilə bağlı məlumat vermədiyini söyləyib.

Belə rəqəmlərin niyə dərc edilmədiyini izah edən Peskov qeyd edib ki, dövlət sirri haqqında qanun və xüsusi hərbi əməliyyat kontekstində məlumatların yayılması üçün xüsusi rejim var: "Bu, tamamilə başa düşüləndir, qalan məsələlərdə isə bu, istisnasız olaraq Müdafiə Nazirliyinin səlahiyyətindədir", - deyə Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi (rəsmi Moskva bunu xüsusi hərbi əməliyyat adlandırır) başlayandan rəsmi Moskva bir dəfə öz itkilərini açıqlayıb. Belə ki, müharibənin 30-cu günü Rusiya tərəfinin 1300-dən çox hərbçisini itirdiyi Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb. Daha sonra isə Rusiya tərəfindən itkilər barədə məlumat heç vaxt verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin