Böyük Britaniya lazer silahlarının döyüş gəmilərinə inteqrasiyasını sürətləndirir

2024/04/2024--1713340328.jpg
Oxunub: 148     16:01     17 Aprel 2024    
Britaniya Müdafiə Nazirliyi lazer silah sistemlərinin gözlənildiyindən çox daha sürətli yayılacağını və “DragonFire”ın 2027-ci ildən etibarən Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş gəmilərinə daxil ediləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, ən müasir “DragonFire” lazer sistemi 2027-ci ildən etibarən ilk dəfə olaraq Britaniya Kral HDQ-nin döyüş gəmilərində quraşdırılacaq.

Lazer silahlarının ilkin olaraq 2032-ci ildə Böyük Britaniya Silahlı Qüvvələrinə təqdim ediləcəyi gözlənilirdi.

Ancaq verilən məlumata görə, Britaniya Müdafiə Nazirliyi daxilində prioritetləşdirmə çərçivəsində lazer silahları indi planlaşdırılandan təxminən beş il tez istifadəyə veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya  


Bizi "telegram"da izləyin