Erməni deputat: “Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi”

2024/04/1713340040.jpg
Oxunub: 197     16:45     17 Aprel 2024    
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqlər zamanı müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatrayn deyib.

“Baş nazir və dörd yüksək vəzifəli rəsmi görüşmür və ABŞ-nin verdiyi illik təxminən 15 milyon dolları, Aİ tərəfindən illik 70 milyon avrodan az məbləği müzakirə etmir. Üç il əvvəl hətta 2,6 milyard avro təklif edilib. Siyasi bəyanat da çox önəmlidir. Xatırladaq ki, əvvəllər hakimiyyət Ermənistanın Avropaya istədiyi qədər yaxın olmağa hazır olduğunu, Avropanın isə CEPA (Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi) elan etdiyini açıqlamışdı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin