İsrail İrana zərbə endirmək qərarına gəlib

2024/04/iStoc-1713092924.jpg
Oxunub: 260     00:04     17 Aprel 2024    
İsrail İrana zərbə endirmək qərarına gəlib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail KİV-ləri xəbər verib.

Məlumata əsasən, müvafiq qərar İsrail hərbi kabinetinin iclasının yekunu üzrə qəbul edilib.

Qeyd olunub ki, zərbə "mümkün qədər tez" endirilməlidir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin