Azərbaycanlı səfir Ukraynanın XİN başçısının müavini ilə COP29-la bağlı müzakirələr aparıb

2024/04/661ec-1713294092.jpg
Oxunub: 124     22:45     16 Aprel 2024    
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets ilə görüşüb.

Ordu.az xəbər verir ki, səfir bu barədə “X” platformasında paylaşım edib.

“Bu ilin sonunda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı, o cümlədən Ukrayna və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin Azərbaycanın Ukraynaya humanitar yardımı və təşəbbüsləri barədə məlumat verilib”, - səfir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna   COP29  


Bizi "telegram"da izləyin