Maya Sandu: "Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum oktyabrın 20-də keçirilə bilər"

2023/08/1fd97-1692363763.jpg
Oxunub: 163     17:56     16 Aprel 2024    
Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum konstitusiyaya uyğundur və oktyabrın 20-də keçirilə bilər.

Ordu.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu sosial şəbəkələrdə məlumat verib.

“Konstitusiya Məhkəməsi qərar qəbul edib - Aİ-yə daxil olmaq üçün referendum konstitusiyaya uyğundur. Referendum oktyabrın 20-də baş tuta bilər. Bu referendumda “Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?” sualı veriləcək”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maya-Sandu   Moldova  


Bizi "telegram"da izləyin