Almaniya XİN başçısı İsraildə gərginliyin azaldılması üzrə danışıqlar aparacaq

2022/05/789df-1651412792.jpg
Oxunub: 148     17:03     16 Aprel 2024    
Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın İsrail ərazisinə endirdiyi zərbədən sonra Yaxın Şərqdə gərginliyin azaldılması imkanlarını müzakirə etmək üçün İsrailə səfər etmək niyyətindədir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya XİN rəhbəri iordaniyalı həmkarı Ayman Safadi ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bu qeyri-sabit dövrdə Almaniyaya bütün regionda gərginliyin azaldılmasına töhfə vermək üçün birlikdə işləmək olduqca vacibdir”, - A.Berbok qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsrail  


Bizi "telegram"da izləyin