Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR

2024/04/a33c2-1713269433.jpg
Oxunub: 304     15:48     16 Aprel 2024    
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bugünkü püşkatma 156 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq onlardan 59-a ikiotaqlı, 80-ə üçotaqlı, 17-ə dördotaqlı mənzil təqdim olunacaq.

Qeyd olunub ki, Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

Püşkatmada iştirak edən ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Füzuli   Köç  


Bizi "telegram"da izləyin