Moldovanın Aİ-yə üzvlüyünə dair referendum keçiriləcək

2024/04/661e6-1713267912.jpg
Oxunub: 112     15:29     16 Aprel 2024    
Moldovada oktyabrın 20-də ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçiriləcək.

Ordu.az-ın yerli “Ziarul National” portalına istinadən xəbərinə görə, bu barədə ölkənin Konstitusiya Məhkəməsi qərar verib.

47 deputatın müraciəti əsasında qəbul edilən qərarda həmçinin 20 oktyabr tarixində referendumla bərabər Prezident seçkisinin keçiriləcəyi göstərilib.

Qeyd edək ki, 2020-ci ildən ölkəyə 52 yaşlı Maya Sandu rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin