Patruşev: "Crocus"dakı terrorun icraçıları ilə ukraynalı millətçilər arasında əlaqə təsdiqlənib"

2020/01/12328-1579764793.jpg
Oxunub: 120     14:08     16 Aprel 2024    
Rusiyanın şimal-qərb ərazisində il ərzində 19 terror aktı baş verib.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. O, daha 27 belə cinayətinin qarşısının alındığını söyləyib.

Patruşev Rusiya Federasiyasında ukraynalıların təxribat və terror fəaliyyətinin gücləndiyini açıqlayıb.

O, martın 22-də Crocus City Hall-da baş vermiş terror aktının istintaqı barədə də danışıb. Bildirib ki, istintaq terror aktının birbaşa icraçıları ilə ukraynalı millətçilər arasında əlaqəni təsdiqləyib və prosessual olaraq möhkəmləndirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Patruşev   Crocus  


Bizi "telegram"da izləyin