Zelenski: "ABŞ-nin Ukraynaya yardım etməməsi utancvericidir"

2024/03/1711343974.jpg
Oxunub: 129     13:36     16 Aprel 2024    
ABŞ-nin İsraili dəstəkləməsi, lakin Ukraynaya yardım etməməsi utancvericidir.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.

"Bu həftə ABŞ Konqresi İsrailə yardımı nəzərdən keçirə bilər, lakin Ukraynaya yardım məsələsi hələ qeyri- müəyyəndir. Bu, ayıbdır və tamamilə siyasətdir”, - Prezident vurğulayıb.

V.Zelenskinin sözlərinə görə, İsrail və Ukraynaya yardımla bağlı Konqresdə fikir ayrılığı olarsa, sözügedən məsələnin ABŞ-dəki seçki prosesi ilə bağlı olduğunu göstərəcək: “ABŞ-dəki prezident seçkilərindən sonra işimizin daha asan olacağını düşünmürəm. Gələn il barədə düşünmürük. Çünki biz hələ də Ukraynaya dəstəyin hansı səviyyədə olacağını, dünyada nələrin dəyişəcəyini bilmirik”.

Dövlət başçısı, həmçinin ABŞ Konqresinin qərarlarının Kiyevin xeyrinə olacağına ümidini ifadə edib: “İndiki şəraitdə Rusiya ilə döyüşmək çətindir. Çünki qarşı tərəfin artilleriyası və aviasiyası daha çoxdur. Ümid edirəm ki, ABŞ-də Donald Tramp hakimiyyətə gələndə Ukraynaya dəstək siyasəti dəyişməyəcək. İnanıram ki, Vaşinqton yenə də bizim müttəfiqimiz olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin