“Firstpost”: Dehlinin İrəvana müdafiə ixracı Ermənistanın ümumi silah idxalının təxminən 90%-ni təşkil edir

2022/09/1664541079.jpg
Oxunub: 672     14:09     16 Aprel 2024    
Ötən həftə Hindistan hökumətinin bir sıra ölkələrə, o cümlədən Ermənistana hərbi attaşelər təyin etməsi mühüm hadisə olub.

Ordu.az xəbər verir ki, bu barədə “Firstpost” nəşri yazıb.

Nəşr qeyd edib ki, keçmişdə son bir neçə ildə Hindistan və Ermənistan arasında baş tutan gərgin diplomatik danışıqlar, xüsusən Hindistanın xarici işlər nazirinin 2021-ci ilin oktyabrında İrəvana səfərindən sonra baş tutan danışıqlar Hindistanın Ermənistana güclü marağını göstərib.

“Ümumiyyətlə, son dörd il ərzində Yeni Dehli ilə İrəvan arasında sıx əlaqələr qurulub. Bir çox analitiklər hesab edir ki, Hindistan və Ermənistan arasında son vaxtlar münasibətlərin yüksəlişi Cənubi Qafqaz regionunda həlledici geosiyasi oyun fonunda zərurətdir. Ermənistan Hindistanın Cənubi Qafqazın parçalanmış geosiyasi vəziyyətini tarazlaşdırmasını istəyir. Bu arada, postsovet məkanında Ermənistana əsas dəstək sistemi olan Rusiya hazırda Ukrayna ilə müharibədən sonra bir sıra problemlər içərisindədir, Ermənistan və Azərbaycanla bağlı məsələlərə o qədər də maraq göstərmir. 2023-cü il də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı Rusiya rəhbərliyinin şübhəli şəkildə susması Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılığını şübhə altına alır. Ona görə də belə görünür ki, Rusiyanın Ermənistana dəstəyinin zəifləməsi ilə Hindistan regiondakı strateji və iqtisadi maraqlarına əsaslanaraq, Cənubi Qafqazda lövbər rolunu oynaya bilər. Ola bilsin ki, Rusiya Hindistanın Cənubi Qafqazda öz rolunu oynamasına mane olmayacaq. Üstəlik, İrəvan Hindistandan Ermənistanla hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə təsir göstərməsini istəyir. Ermənistan Hindistandan Strateji Tərəfdaşlıq Sazişi (SPA) imzalamasını və mövcud ikitərəfli müdafiə tərəfdaşlığını növbəti səviyyəyə çıxarmasını istəyir. Vurğulamaq vacibdir ki, Hindistanın Ermənistana müdafiə ixracı pilotsuz uçuş aparatları, radarlar və s. də daxil olmaqla Ermənistanın ümumi silah idxalının təxminən 90%-ni təşkil edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dehli   İrəvan  


Bizi "telegram"da izləyin