Hindistan təxminən 8 milyard dollar dəyərində “Tejas Mark 1A” döyüş təyyarələri sifariş edəcək

2024/04/2024--1713250977.jpg
Oxunub: 160     14:54     16 Aprel 2024    
Hindistan indiyə qədər yerli silah sənayesindən ən böyük alışını etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, “Hindustan Aeronautics” (HAL) şirkətinə 97 ədəd “Tejas Mark 1A” döyüş təyyarəsi üçün təklif sorğusu (RfP) göndərilib.

Bu təklif üçün hesab 7,8 milyard dollar olaraq göstərilir.

HAL sözçüsü təsdiqləyib ki, Müdafiə Nazirliyinə təkliflər sorğusuna ətraflı təkliflə cavab vermək üçün üç ay vaxt verilib.

HAL Müdafiə Nazirliyinin 40 ədəd “Tejas Mark 1” döyüş təyyarəsi (iki park) üçün əvvəlki sifarişini tamamlamaq üzrədir.

Bunun ardınca Müdafiə Nazirliyi 2021-ci ilin fevral ayında 5,4 milyard dollar dəyərində 83 ədəd “Tejas Mark 1A” qırıcısı (dörd park) sifariş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tejas-Mark-1A  


Bizi "telegram"da izləyin