F-16 “Blok 70 Viper” döyüş təyyarəsi ilk dəfə silahlarla yüklənmiş halda görüntülənib

2024/04/2024--1713250898.jpg
Oxunub: 286     18:00     16 Aprel 2024    
İlk “Blok 70 F-16C/D Viper” qırıcılarının ABŞ-dən Bəhreyndəki yeni “evləri”nə yola düşməsindən cəmi bir aydan çox vaxt keçdikdən sonra bu reaktivlərin əsl döyüş missiyası üçün silahlandıqda necə görünə biləcəyini artıq bilirik.

Ordu.az xəbər verir ki, Bəhreyn Kral Hərbi Hava Qüvvələri (HHQ) “Block 70 Viper”lərin ilk operatorudur.

Bəhreyn HHQ-nin iki təyyarəsi ABŞ HHQ-nin pilotları tərəfindən Kaliforniyadakı “Edwards” aviabazasında davam edən sınaq və qiymətləndirmə səylərinin bir hissəsi kimi uçur.

Bu, ABŞ Xarici Hərbi Satış prosesinin adi hissəsidir.

“Edwards”dakı 412-ci Sınaq Eskadrilyası bu həftənin əvvəlində 416-cı Uçuş Sınaq Eskadrilyasının üzvləri tərəfindən uçurulan iki nəfərlik Bəhreyn “Blok 70” F-16D-nin fotoşəkillərini yayımlayıb.

Fotoşəkillərdə Bəhreyn “Blok 70 Viper”i qanad uclarında bir cüt AIM-120 Qabaqcıl Orta Mənzilli “Hava-Hava” Raketi (AMRAAM) ilə sol və sağ kənar qanad altı stansiyalarda müvafiq olaraq bir “AIM-9X Sidewinder” və bir sınaq podu ilə yüklü olaraq görünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   Blok-70-Viper  


Bizi "telegram"da izləyin