Polşa Ukraynaya HHM sistemi yardımı göstərə bilər

2024/04/1713250821.jpg
Oxunub: 186     16:32     16 Aprel 2024    
Polşa Prezidenti Andjey Duda və Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilən 3 dəniz sammitində görüşüblər.

Ordu.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Duda Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün Sovet istehsalı olan Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin köçürülə biləcəyini bildirib.

Duda açıqlamasında qeyd edib ki, Polşa öz ərazisində “Patriot” sistemlərini yerləşdirməyə başlayıb, lakin ölkənin özünün də HHM sistemlərinə ehtiyacı var.

Duda əlavə edib ki, Rusiya raketləri Polşanın hava məkanına daxil olub və ölkə Rusiyanın hücumu təhlükəsi altındadır.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin