İtaliya 35 ildir istifadə etdiyi AMX-ləri istismardan çıxarıb

2024/04/1713250338.jpg
Oxunub: 182     16:47     16 Aprel 2024    
İtaliya Hərbi Hava Qüvvələri (HHQ) 35 ildir istifadə etdiyi AMX yüngül hücum təyyarələrini istismardan çıxarıb.

Ordu.az xəbər verir ki, AMX-lər 35 illik İtaliya macərasını aprelin 5-də İtaliyanın şimalındakı “Istrana” bazasında 132-ci Eskadrilyada keçirilən mərasimlə başa vurub.

Braziliya və İtaliya ilə ortaq şəkildə hazırlanan təyyarə yüngül hücum, təlim və döyüş hazırlığı məqsədləri üçün istifadə edilib.

AMX-lər Türkiyədə keçirilən “Anadolu Qartalı” təlimində və İzmirdə keçirilən 100 illik yubiley tədbirlərində də iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   AMX  


Bizi "telegram"da izləyin