AEBA rəhbəri: BMT TŞ-yə Zaporojye AES-lə bağlı müraciət edib

2024/04/1713245071.jpg
Oxunub: 137     08:20     16 Aprel 2024    
BMT Təhlükəsizlik Şurası (TŞ) Zaporojye Atom Elektrik Stansiyasında təhlükəli insidentlər riskini azaltmaq üçün mümkün olan hər şeyi etməlidir.

Ordu.az İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.

“Biz nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınlaşdıq və bu gün insident riskini minimuma endirmək üçün mümkün olan hər şeyi etməlisiniz”, - o, BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən son hücumları şərh edərkən deyib.

Qrossi Zaporojye Atom Elektrik Stansiyasının altı reaktorunun hamısının soyuq vəziyyətdə olmasını alqışlayıb. “Lakin nüvə insidentinin riski hələ də çox realdır”, - o əlavə edib.

AEBA rəhbəri daha əvvəl Zaporojye Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun soyuq vəziyyətdə dayandırma rejiminə keçirilməsini alqışlayıb. "Bu, obyektin təhlükəsizliyini artırır", - o deyib.

Agentliyin məlumatına görə, dördüncü enerji blokunun soyuması ilə əlaqədar olaraq stansiyanın bütün altı reaktoru 2022-ci ilin sonundan ilk dəfədir ki, soyuq vəziyyətdə dayanır.

Mütəxəssislər Zaporjye Atom Elektrik Stansiyasının dördüncü enerji blokunun "soyuq dayandırma" rejiminə keçirilməsini başa çatdırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   BMT  


Bizi "telegram"da izləyin