Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb

2024/04/1713244286.jpg
Oxunub: 132     01:02     16 Aprel 2024    
Çexiya Qərb ölkələrinin vəsaiti hesabına Ukrayna üçün 180 min artilleriya mərmisi almağa razılaşıb.

Ordu.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Petr Fiala deyib.

P.Fiala bildirib ki, Ukrayna mərmiləri yaxın aylarda alacaq.

O, Avropa ölkələrinin Kiyevə dəstəyini davam etdirməsi və eyni zamanda öz müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çexiya  


Bizi "telegram"da izləyin