Erməni deputat: “İlham Əliyev Tavusda döyüşmüş şəxslərin siyahılarını istəyir, Paşinyan da onları təhvil verə bilər”

2024/04/1713169782.jpg
Oxunub: 299     17:40     17 Aprel 2024    
“Paşinyan təkcə Tavus vilayətindakəki əraziləri Azərbaycana verməklə kifayətlənməyəcək, təhvilvermə gündəmi davam edəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, Paşinyanı azərbaycanlıları Ermənistana qaytarmaq, onların hüquqlarını təmin etmək üçün Azərbaycan güc strukturlarının nümayəndələrini Ermənistana buraxmaq məsələlərini danışmağa da məcbur edəcəklər.

“Hakim “Vətəndaş Müqaviləsi” partiyası bu əraziləri Azərbaycan əraziləri hesab edir. Paşinyan bu addımı ilə Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatını legitimləşdirir və sabah İlham Əliyev deyə bilər ki, bu ərazilərin Azərbaycana məxsus olduğunu deyən ölkənizin lideridir. İlham Əliyev Tavusda döyüşmüş şəxslərin siyahılarını istəyir. Paşinyan da onları təhvil verə bilər ki, müharibə olmasın”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Tavus  


Bizi "telegram"da izləyin