Erməni kartoqraf: “1991-ci ildə qəbul olunmuş sərhədlərlə demarkasiya aparmaq istəyirlərsə, bacarmırlar, İlham Əliyev qəbul etmir”

2024/04/1713168253.jpg
Oxunub: 292     15:21     16 Aprel 2024    
“Gürcüstanın sərhədləri də eyni sovet sərhədləri ilə çəkilib, lakin bu gün onların hansı dəyişikliklərə məruz qaldığını söyləmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru, erməni kartoqraf Ruben Qalçyan deyib.

Onun sözlərinə görə, son parçalar məlum deyil, bunlar hələ bitməyib.

Erməni kartoqraf Lori vilayətinin Cilizə kəndi ilə bağlı qeyd edib ki, son demarkasiya zamanı hər şey aydın olacaq.

“Gürcüstandan fərqli olaraq, Azərbaycan halında problem fərqlidir. Sovet sərhədlərinə yaxınlaşmaq, 1991-ci ildə qəbul olunmuş sərhədlərlə demarkasiya və delimitasiya işləri aparmaq istəyirlərsə, bacarmırlar, İlham Əliyev qəbul etmir, yəni biri qəbul edir, biri qəbul etmir”, - deyə Qalçyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan  


Bizi "telegram"da izləyin