Erməni ekspert: “Tavusdakı kəndlər təhvil verilsə, Ermənistan anklav-dövlət statusuna düşəcək”

2024/04/1713168077.jpg
Oxunub: 261     16:54     16 Aprel 2024    
“Tavusdakı kəndlər təhvil verilsə, Ermənistan anklav-dövlət statusuna düşəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan deyib.

Onun sözlərinə görə, hələ 1990-cı illərdə hazırlanan və 2018-ci ilin “məxməri inqilab” xüsusi əməliyyatından sonra həyata keçirilən bu proqram bu gün özünün kulminasiya mərhələsinə qədəm qoyub.

“Geosiyasi aktorlar kartlarını açıblar. Gözü olan görəcək, qulağı olan eşidəcək. Hal-hazırda Lesoto bəlkə də anklav-dövlətin dərslik nümunələrindən biridir. Tamamilə Cənubi Afrika Respublikası (CAR) ilə əhatə olunmuş Lesoto uzun müddətdir öz xarici siyasəti və milli silahlı qüvvələri olmayan kvazi-dövlət kimi çıxış edir. Sonuncu, əlbəttə ki, formal olaraq fəaliyyət göstərir, lakin yalnız daxili təhlükəsizliyi təmin etmək üçün fəaliyyət göstərir. Xarici təhlükəsizlik funksiyaları CAR tərəfindən həyata keçirilir”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus  


Bizi "telegram"da izləyin