Erməni ekspert: “Paşinyana “Stop” deyiblər, geri dönüşü olmayan nöqtəni keçiblər”

2024/04/1713167954.jpg
Oxunub: 269     21:58     17 Aprel 2024    
“Ermənistanı təmsil edən Nikol Paşinyanın çıxışlarını dinləyərkən, ilk növbədə onların iki qrupa bölündüyünü xatırlamaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu erməni media eksperti Tiqran Köçəryan deyib.

Onun sözlərinə görə, birinci qrupda Qərbin yazdığı və Paşinyana verdiyi çıxışlar var və bu zaman Paşinyan vurğulu tezislərlə danışmağa məcburdur.

Köçəryan qeyd edib ki, ikinci qrupda isə onun özünə məxsus olan çıxışları var, bu halda saatlarla, qeydsiz və tezissiz danışa bilir.

“Başa düşmək lazımdır ki, Paşinyanın timsalında biz məcburiyyətləri yerinə yetirənlə üzləşirik. Bunun əsas nümunəsi Brüssel görüşü olub. Paşinyana “Stop” deyiblər. Geri dönüşü olmayan nöqtəni keçiblər”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qərb  


Bizi "telegram"da izləyin