Erməni ekspert: “Paşinyan hakimiyyətdə qalsa, Ermənistan Rusiyanın müstəmləkəsinə çevriləcək”

2024/04/1713163383.jpg
Oxunub: 281     20:42     16 Aprel 2024    
“Brüsseldə biabırçı ifadələrlə bəyanat verilib”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert, “Hayakve” təşəbbüsünün üzvü Menua Soğomyan deyib.

Onun sözlərinə görə, Paşinyana orada indulgensiya verilib.

“Deyiblər ki, sən diktator ola bilərsən, amma Qərbin diktatoru olacaqsan. Həmin Qərb Paşinyanın müəyyən öhdəliklərini yerinə yetirməsi müqabilində sırf Ermənistana pul ayıracağına söz verib”, - deyə Soğomyan qeyd edib.

Soğomyan bildirib ki, Paşinyan hakimiyyətdə qalsa, Ermənistan Rusiyanın müstəmləkəsinə çevriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin