“Freedom House”: Paşinyanın partiyası şəhər şuralarında öz siyasi “əzələləri”ndən istifadə edib

2023/03/_9582-1678870545.jpg
Oxunub: 174     18:40     16 Aprel 2024    
Ermənistanın iqtidarda olan “Vətəndaş Müqaviləsi” partiyası kiçik yaşayış məntəqələrinin şəhər şuralarında öz siyasi “əzələləri”ndən istifadə edib, burada bir sıra hallarda şübhəli taktikalarla müxalifətçi şəhər başçılarının impiçmenti praktikasını davam etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” hüquq müdafiə təşkilatının “Nations in Tranzit 2024” adlı illik hesabatında qeyd olunub.

Qeyd olunub ki, seçki prosesi yerli və beynəlxalq müşahidəçilər tərəfindən ümumilikdə müsbət qiymətləndirilib.

“Lakin partiya həm də “məxməri inqilab”dan bəri görünməmiş miqyasda hakim partiyanın inzibati resurslardan sui-istifadə etməsi ilə seçilib”, - deyə hesabatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Freedom-House   Paşinyan  


Bizi "telegram"da izləyin