“Freedom House”: Ermənistan KİV-lərinin müstəqil araşdırmaları siyasi korrupsiyanın ciddi əlamətlərini üzə çıxarıb

2024/04/1713163210.jpg
Oxunub: 199     17:38     16 Aprel 2024    
Müstəqil erməni dövri nəşrləri “Infocom” və “CivilNet” tərəfindən “Organized Crime and Corruption Reporting Project” (OCCRP) beynəlxalq şəbəkəsi ilə əməkdaşlıqda aparılan və 2024-cü ilin əvvəlində dərc edilən iki müstəqil araşdırma siyasi korrupsiyanın ciddi əlamətlərini üzə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” hüquq müdafiə təşkilatının “Nations in Tranzit 2024” adlı illik hesabatında qeyd olunub.

Qeyd olunub ki, məlumatlara görə, 2022 və 2023-cü illərdə “Vətəndaş Müqaviləsi” partiyası partiyaların maliyyələşmə qaydalarından yayına və qeyri-qanuni vəsait toplama vasitələrindən istifadə edə bilərdi.

Təşkilat bildirib ki, vəsaitlərin real mənbələrinin məlum olmaması Ermənistanın hakim partiyasını ölkə vətəndaşları qarşısında hesabatsız edir və gizli şəkildə də olsa, oliqarxların təsirinin geri qaytarılması barədə xəbərdarlıq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Freedom-House   Ermənistan  


Bizi "telegram"da izləyin