“Freedom House” öz hesabatında İrəvan seçkilərində inzibati resurslardan ən böyük sui-istifadəni qeyd edib

2024/04/1712998745.jpg
Oxunub: 127     16:12     16 Aprel 2024    
2018-ci ilin məxməri inqilabından sonra Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının xeyrinə inzibati resurslardan ən böyük sui-istifadə İrəvan Ağsaqqallar Şurasına seçkilər zamanı qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” insan hüquqları təşkilatının “Nations in Transit 2024” 1adlı illik hesabatında bildirilib.

Vurğulanıb ki, seçkiqabağı təşviqat zamanı yerli müşahidəçilər və müstəqil media hakim partiyanın xeyrinə inzibati resurslardan geniş istifadə edildiyini qeyd ediblər.

“Yerevan Ağsaqqallar Şurasına seçkilərdə iştirak 28,5% təşkil edib ki, bu da 2018-ci ildəki İrəvan Ağsaqqallar Şurasına seçkilərin 44%-dən xeyli aşağıdır. Bu nəticə daxili siyasi qütbləşmənin əlamətidir, vətəndaşlar həm inqilabdan sonrakı elitanın uğursuzluqlarından məyus olublar, həm də əvvəlki rejimin təqdim etdiyi alternativi dəstəkləmək istəmirlər”, - deyə hesabatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Freedom-House   İrəvan  


Bizi "telegram"da izləyin