ABŞ hərbçiləri 70-dən çox İran PUA-sını zərərsizləşdirib - YENİLƏNİB

2023/02/7878-1676699179.jpg
Oxunub: 387     09:22     14 Aprel 2024    
ABŞ ordusu İranın İsrail istiqamətində atdığı 70-dən çox PUA və ən azı 3 ballistik raketini zərərsizləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə “CNN amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onlardan biri ballistik raketlərin Aralıq dənizinin şərqində hərbi gəmilər tərəfindən vurulğunu bildirib.

Başqa bir rəsmi şəxs bildirib ki, pilotsuz uçuş aparatlarının tutulması və vurulmasında ABŞ qırıcıları da iştirak edib.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisinin sözlərinə görə, İran İsrailə ümumilikdə 100-dən çox ballistik raket atıb.

***

ABŞ-nin hərbi qüvvələri İranın İsrailə doğru uçan bir neçə dronunu vurub.

Ordu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin