Ağ Ev: İran İsrailə havadan hücuma başlayıb, Bayden mütəmadi məlumatlandırılır

2024/03/1711175485.jpg
Oxunub: 185     00:48     14 Aprel 2024    
İran İsrailə qarşı havadan hücuma başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Ev bbəyanat yayıb.

Bildirilib ki, Prezident Bayden mütəmadi olaraq Milli Təhlükəsizlik Şurasının üzvləri tərəfindən vəziyyətlə bağlı məlumatlandırılır.

Onun komandası (Baydenin) İsrail rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə saxlayır.

Bu hücumun bir neçə saat ərzində baş verməsi ehtimalı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   İran   İsrail  


Bizi "telegram"da izləyin