Haqari: "PUA-ların İsrailə daxil olmasının qarşısını almağa çalışacağıq, müdafiə 100 faiz olmayacaq"

2024/04/661ae-1713046256.jpg
Oxunub: 139     00:28     14 Aprel 2024    
İrandan atılan onlarla pilotsuz uçuş aparatı (PUA) İsrailə gəlir.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari mətbuata açıqlamasında bildirib.

O, İsrail Hərbi Hava Qüvvələrinin PUA-ları izlədiyini söyləyib və onların ölkəyə çatmasının bir neçə saat çəkəcəyini qeyd edib.

"PUA-ların İsrail ərazisinə daxil olmasının qarşısını almağa çalışacağıq. Lakin müdafiə 100 faiz olmayacaq", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin