İran İsrailə onlarla PUA ilə hucum edib

2024/02/1707544103.jpg
Oxunub: 152     23:52     13 Aprel 2024    
İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

KAN radiosu isə daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.

Eləcə də "Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin