KİV: Bayden İranın İsrailə zərbə endirəcəyi barədə məlumatlara görə istirahətini yarımçıq dayandırıb

2024/03/1710307676.jpg
Oxunub: 97     22:44     13 Aprel 2024    
ABŞ Prezidenti Cozef Bayden Delaverə həftəsonu səfərini yarımçıq qoyaraq Yaxın Şərqdəki hadisələrlə bağlı milli təhlükəsizlik komandası ilə məsləhətləşmək üçün Vaşinqtona qayıdacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə CGTN America telekanalının "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

Dövlət başçısının daha əvvəl açıqlanan qrafikinə əsasən, Bayden aprelin 12-də aprelin 14-nə qədər qalmalı olduğu Delaverdəki Rexobot çimərliyindəki iqamətgahına gedib.

ABŞ Prezidentinin təcili olaraq ölkə paytaxtına qayıtması İranın İsrailə gözlənilən hücumu fonunda baş verir. “CBS News” ABŞ rəsmilərinin məlumatlarına istinadən qeyd edib ki, Bayden "İranın İsrailə qısa zamanda zərbə endirəcəyini" gözləyir. Onların sözlərinə görə, hücumda 100-ə yaxın pilotsuz təyyarə, həmçinin 150 uzaq mənzilli qanadlı və ballistik raketlər iştirak edəcək.

Yaxın Şərqdə hansı hadisələrin müzakirə olunduğu dəqiq açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   İran   İsrail  


Bizi "telegram"da izləyin