Rusiyaya qarşı sanksiyalar genişləndirilib

2024/03/1711083593.jpg
Oxunub: 125     17:54     13 Aprel 2024    
Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda yer alıb.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki, Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən məhrum edəcək.

Qeyd olunub ki, tətbiq olunan məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin