İsrail Ordusu: Regionda vəziyyət gərginləşərsə, məsuliyyət İranın üzərinə düşəcək

2024/04/Ekran-1713018365.jpg
Oxunub: 203     16:57     13 Aprel 2024    
Regionda vəziyyət gərginləşərsə, məsuliyyət İranın üzərinə düşəcək.

Ordu.az-ın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi Daniel Haqari bildirib.

"İran vəziyyəti daha da gərginləşdirmək qərarının nəticələri ilə üzləşəcək. İsrail yüksək hazırlıq vəziyyətindədir. Biz də cavab verməyə hazırıq", - Haqari deyib.

İsrail ordusunun sözçüsü qeyd edib ki, İsrail ordusu "İsraili İranın gələcək təcavüzündən müdafiə etməyə hazırlığını artırıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin