İsrail Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

2024/04/a738e-1713009718.jpg
Oxunub: 103     15:51     13 Aprel 2024    
İsrail Avropa İttifaqını İran İslam Keşikçiləri Korpusu (Sepah) terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu İsrail XİN rəhbəri İsrail Kats bildirib.

Nazir İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra “pirat əməliyyatı” keçirməkdə və “beynəlxalq hüququ pozmaqda” ittiham edib.

Qeyd edək ki, İran Sepah tərəfindən Hörmüz boğazında konteyner gəmisinin ələ keçirildiyini təsdiqləyib.

Agentlik ələ keçirilən, Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferə məxsus olduğunu təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail     İran  


Bizi "telegram"da izləyin