Podolyak: Ukrayna ordusunda "Patriot" raket sistemləri tükənir

2024/04/1713005054.jpg
Oxunub: 211     14:42     13 Aprel 2024    
“Silahlı Qüvvələrin arsenalındakı “Patriot” raket sistemlərinin sayı ilə bağlı vəziyyət kritikdir”.

Ordu.az-ın xəbərinə görə, bunu “The Guardian“ nəşrinə Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O əlavə edib ki, ordu həmçinin silah-sursat çatışmazlığı ilə də üzləşib.

M. Podolyak Rusiya tərəfinin elektrostansiyalara 10-12 ədəd raketlə eyni anda hücum etdiyindən “Patriot” sistemlərinin işində çətinliklər yaranı. Ukrayna rəsmisi BMT-nin fəaliyyətindən də gileylənib:

“Hücumlar eyni anda müxtəlif istiqamətlərdən həyata keçirilir. Bu zaman isə artıq “Patriot” effektivliyini göstərə bilmir. Hazırda biz əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac olub-olmadığını müəyyən etməyə çalışırıq. Qərb nəhayət anlamalıdır ki, Rusiya mülki əhaliyə qarşı da müharibə aparır. Rusiyanın zərbələri nəticəsində Avropanın nəhəng istilik elektrik stansiyalarından biri dağıdılıb. Lakin indiyədək BMT Təhlükəsizlik Şurası bununla bağlı hər hansı qətnamə qəbul etməyib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Podolyak   Ukrayna  


Bizi "telegram"da izləyin