İran İsrailə hücum etməyə hazırlaşır - İDDİA

2024/04/1712913929.jpg
Oxunub: 115     20:18     13 Aprel 2024    
CIA və MOSSAD iddia edir ki, İran İsrailə hücum etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ və İsrail kəşfiyyatına yaxın olan və adları açıqlanmayan şəxslərə istinadən yazıb.

Xəbərə görə, ABŞ hesab edir ki, İranın İsrailə qarşı böyük hücumu qaçılmazdır və yaxın günlərdə baş verə bilər.

Xəbərdə anonim danışanlardan biri Tehranın İsrailə hücum edib-etməyəcəyinin deyil, nə zaman hücum edəcəyinin önəmli olduğunu bildirib.

Bundan əlavə, sözügedən xəbərdə İranın hücumuna yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatlarının daxil ola biləcəyi iddia edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin