Erməni deputat: “Qərb Ermənistanın anti-ruslaşmasına təkan verməyə çalışır”

2024/04/1712992792.jpg
Oxunub: 131     22:23     18 Aprel 2024    
“Nikol Paşinyan Rusiyanı günahlandırır, Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək istədiyini deyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında parlamentin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan deyib.

Onun sözlərinə görə, Paşinyan müxalifətdən uzaqlaşıb, sonra Rusiyanı, Qarabağdan könüllü köç etmiş şəxsləri günahlandırıb.

“İkincisi, Qərb bu marionet hökumətdən istifadə edərək, Rusiyanın bu regionda təsirini azaltmaq kontekstində Ermənistanın anti-ruslaşmasına təkan verməyə çalışır. Onlar bu rola asanlıqla daxil oldular”, - deyə Minasyan qeyd edib.

Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və Ermənistana vəd etdiyi silahları vermədiyinə toxunan Minasyan bildirib ki, bu problemi həll etməyin yolu getmək, Rusiya ilə oturub danışmaq, müzakirə etmək, almağı tələb etmək və ya heç olmasa alternativ həll yolu tapmaqdır, minnət vurmaq deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin