Xankəndi şəhərində silah-sursat aşkarlanıb

2024/04/1712989039.jpg
Oxunub: 185     10:03     13 Aprel 2024    
Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Silah  


Bizi "telegram"da izləyin